Ebru Gündeş Bakıda konsert verdi - Fotolar
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib.
Musiqili gecə Heydər Əliyev Sarayında baş tutub. Sənətçi uzun illər sonra Azərbaycana gələrək pərəstişkarları ilə görüşüb. Ebru səhnəyə "Gönlümün efendisi" mahnısını ifa edərək çıxıb. Bir neçə məşhur mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və Bakı üçün çox darıxdığını bildirib:
"Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiz. Hamınızı salamlayıram. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük". O, gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib. Gündeş konsertdə beş Azərbaycan mahnısını da ifa edib. Onun bu addımı alqışla qarşılanıb.
-
Laçında bayram konserti - Video
...
-
Səidə Sultanın toyu olacaq - Video
...
-
Akif İslamzadə Prezidentə təşəkkür edib: "Böyük sevinc və xoşbəxtlik hissi keçirirəm”
...
-
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
...
-
“Əsl Babək sizsiniz” - Rasim Balayevdən Prezidentə
...
-
Rasim Balayevlə bağlı - Sərəncam
...
-
Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
...
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...
-
Afaq Bəşirqızı illər sonra səhnəyə çıxdı - Video
...