Ebru Gündeş Bakıda konsert verdi - Fotolar
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib.
Musiqili gecə Heydər Əliyev Sarayında baş tutub. Sənətçi uzun illər sonra Azərbaycana gələrək pərəstişkarları ilə görüşüb. Ebru səhnəyə "Gönlümün efendisi" mahnısını ifa edərək çıxıb. Bir neçə məşhur mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və Bakı üçün çox darıxdığını bildirib:
"Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiz. Hamınızı salamlayıram. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük". O, gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib. Gündeş konsertdə beş Azərbaycan mahnısını da ifa edib. Onun bu addımı alqışla qarşılanıb.
-
Musiqili Teatrda “Sevənlərindir dünya”nın premyerası anşlaqla keçdi
...
-
Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib
...
-
Heydər Əliyev Mərkəzində caz günləri başlayır
...
-
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub
...
-
Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırıb
...
-
Musiqili Teatrda Qurtuluş Günü qeyd olunub
...
-
Saatlıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konsert tədbiri keçirilib
...
-
Salyanda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgi təşkil edilib - FOTOLAR
...
-
Sabah Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək
...
-
Xalq artistindən məşhur mahnıya ikinci nəfəs
...