Evində saxta pul hazırlayan ana və oğul tutuldu - Fotolar
Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb.
Bakı şəhəri Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeronda saxta pulla vətəndaşları aldatdıqlarına görə saxlanılıblar.
Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat mağazasında əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş ana və oğlu isti izlərlə tutularaq istintaqa təhvil verilib.
Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, ailənin digər üzvü Yusif Əsgərov da həmin cinayət əməlinə görə məhkumluq həyatı yaşayır.
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...