Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

10:13 05-11-2018 | icon 138
Azərbaycan beynəlxalq sərgidə təmsil olunur
loading...

Bu gün Şanxayda birinci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

 Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin təxminən 170 ölkədən 3 mindən çox şirkətin təmsil olunduğu sərgini açıq elan edib. Bu, Çində idxal məhsullarının ilk sərgisi olmaqla yanaşı, dünyada ölkə səviyyəsində də birinci idxal sərgisidir. BMT-nin müvafiq qurumlarının və Dünya Ticarət Təşkilatının dəstək verdiyi tədbirin açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçıları, dövlət qurumlarının rəhbərləri iştirak edir.

 

Azərbaycanı bu beynəlxalq tədbirdə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edir. 

Sərginin kənd təsərrüfatı və qida məhsulları, xidmət bölmələrində Azərbaycanın iki milli stendində “Made in Azerbaijan” brendi ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar və xidmətlər nümayiş olunur.


Digər xəbərlər

0.099555969238281