Ağstafada müavin icra başçısına qarşı? - FOTOLAR

11:51 05-11-2018 | icon 3815
Ağstafada müavin icra başçısına qarşı? - FOTOLAR

Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında narazılıq ocaqları yaradıblar. Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, mərkəzi hakimiyyətdən də narazılığı artırır.

Qeyd edək ki, son vaxtlar ölkə rəhbərinin bir neçə icra başçısını vəzifəsindən azad etməsi bəzi İH başçılarının müavinlərini də hərəkətə gətirib. 

Belə ki, gözü icra başçısı postunda olan bəzi müavinlər bu situasiyadan öz xeyirlərinə maksimum yararlanmağa çalışırlar. 

Azeripress.az-a daxil olan məlumatda bildirilir ki, belə şəxslərdən biri də Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovdur. 

Redakiyamızı məlumatlandıran mənbə vurğulayır ki, Tatarov bunun üçün bəzi media orqanları vasitəsilə özünün geniş piarını aparır. 

Belə ki, son vaxtlar bəzi KİV-lərdə "YOL VER QULIYEV… TATAROV GƏLIR.." başlıqlı məqalə dərc olunub. Məqalədə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyətinin sərt tənqid olunması , Ramiz Tatarovun isə ən layiqli icra başçısı kimi piar olunması, onun YAP-ın önəmli simalarından olan Mübariz Qurbanlı ilə qohum olmasının qeyd olunması  da deyilənlərə kifayət qədər əsas verir və ilk andaca elə təəssürat yaradır ki, həmin məqalə sifarişlə yazılıb. 

Onu da vurğulayaq ki, hələ bir müddər öncə mətbuatda Ramiz Tatarovun və RİH-dəki Əziz adlı əməkdaşın mətbuatla qeyri professional işləməsi isə Ağstafada həyata keçirilən müsbət işlərin işıqlandırılmaması, əvəzində isə mətbuatda tənqidi materialların artmasına səbəb olduğu və Ramiz Tatarovun bunu qəsdən edərək icra başçısını nüfuzdan salmağa çalışması kimi yozulmuşdu. 

Deyilənlərə aydınlıq gətimək üçün  Ağstafa İH başçısının müavini Ramiz Tatarovla əlaqə saxladıq. Tatarov əməkdaşımızla söhbətində bildirdi ki, həmin yazılar haqda məlumatı yoxdu:

 "Əvvəla qeyd edim ki, kiminsə istəyi ilə başçı təyin olunmur. Tam səmimi deyirəm ki, mənim həmin yazılardan qətiyyən xəbərim yoxdu və bu yazılara münasibətim tamamilə pisdi. Əksinə, cənab başçı ilə çox gözəl münasibətim var. Məhərrəm Quliyev Ağstafanın icra başçısıdı və mən onun müaviniyəm. Mübariz Qurbanlı ilə də heç bir qohumluq əlaqəm yoxdu. Bu cür yazıları yazanlar da jurnalistikadan xəbəri olmayan, tərbiyəsiz adamlardı."

 


Digər xəbərlər

0.28246998786926