Fələstinin səfirləri Bakıda toplantı keçirir - Fotolar

17:26 05-11-2018 | icon 4138
Fələstinin səfirləri Bakıda toplantı keçirir - Fotolar

Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilir. 

Tədbirə Fələstin xarici işlər naziri Riyad əl Maliki sədrlik edir. O, çıxışında bildirib ki, Azərbaycan Fələstinin yardım fondlarına 5 milyon dollar ayırıb: “Qüds məsələsində Azərbaycanın bizi dəstəkləməsi önəmlidir”. 

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Fələstin tərəfinin müraciəti əsasında bu dövlətin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu bildirib. Nazir Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla həllini dəstəklədiyini deyib.

 




Digər xəbərlər

0.26574611663818