“Neftin qiyməti 1 barelə görə 60 dollar götürülüb”
““Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, neft fondunun gəlir və xərcləri dövlət büdcəsinin tərkibindədir. 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsi gəlir və xərcləri dövlət büdcəsində olduğu kimi neftin qiyməti 1 barelə görə 60 dollar qiymətində götürülüb. Bu göstəriciyə uyğun olaraq, fondun növbəti il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb”.
Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Milli Məclisdə çıxışında qeyd edib.
O bildirib ki, bu, 2017-ci ilin göstəricisi ilə 28.4 faiz, 2018-ci ilin göstəricisi ilə isə 1.8 faiz çoxdur: “Gəlirlərin strukturunda ən böyük çəkiyə Azərbaycanın payına düşən məbləğ neft və qazın satışından əldə edilən xarici gəlirlər malikdir. Dövlət Neft Fondunun 2019- cu il üçün büdcəsində bu mənbə üzrə fonda daxilolmalar 13 milyarda 218 milyon manat təşkil edəcək. 2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin göstəricisindən 45, 2018-ci ilin göstəricisindən isə 29,4 faiz çoxdur. 2019-cu ilin büdcə ilindən başlayaraq, icmal büdcə xərclərinin orta və ya uzun müddətli idarə olunması üzrə yeni fiskal büdcə qaydasının tətbiqinə başlanılıb. Bununla əlaqədar Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə xərclərinin parametrlərinin yeni büdcə qaydasının parametrlərinə uyğun olaraq hazırlanıb”.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...