Bu il 193892 ton pambıq yığılıb
Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb. Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir.
Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin 25936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.
Bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub - 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton), Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.
Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...