Müğənni Araş Azərbaycana gələcək

10:58 06-11-2018 | icon 2894
Müğənni Araş Azərbaycana gələcək

İsveçin məşhur müğənnisi Araş Ləbaf Azərbaycana gələcək. Bu barədə xalq artisti Emin Ağalarov instaqram səhifəsində məlumat verib. 

Bəstəkar-müğənni qeyd edib ki, o, gələn il Bakıda keçiriləcək “Jara- 2019” beynəlxalq musiqi festivalında çıxış edəcək. 

Xatırladaq ki, Emin Ağalarov, Qriqori Leps və Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən gecə 25, 26, 27 və 28 iyun tarixində baş tutacaq. 

Qeyd edək ki, Araş müğənni Aysel Teymurzadə ilə Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində təmsil etmiş, 3-cü yerin sahibi olmuşdular. 


Digər xəbərlər

0.26437401771545