Azərbaycanlı külli miqdarda brilyantla aeroportda saxlanıldı - Video
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alıb.
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb.
Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb. Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...