Prezidentə müraciət : “Azərişıq enerji sərfini 1 ayda 4 dəfə necə artıra bilər?”

18:29 06-11-2018 | icon 3911
Prezidentə müraciət : “Azərişıq enerji sərfini 1 ayda 4 dəfə necə artıra bilər?”

Sahibkar : “Nəsimi  RETSİ-nin əməkdaşı  hər ay obyektlərdən yığılan pulun 200-250 manatını dövlətə köçürür, 400-450 manatını cibinə qoyur. Bunu çeklərlə sübut edə bilərəm”

 

Nəsimi Rayon Enerji Təchizatı və Satış İdarəsinin nəzarətçilərinin qanusuz əməlləri ilə bağlı ötən yazımızda qeyd etmişdik ki, Mingəçevir İES-də baş verən qəza  çoxları üçün gəlir mənbəyinə çevrilib.

Belə ki cənab Prezident İlham Əliyevin dediyi kimi ölkəni  qaranlığa qərq edən bu hadisə  vətəndaşların, sahibkarların  və iş adamlarının deyil, məhz  enerji sahəsinə rəhbərlik edən məmurların  məsuliyyətsizliyindən  və  tamahından baş  vermişdi.

Ancaq bəzi işbazlar, məmurlar  bu qaranlıqdan öz cibləri üçün istifadə etdilər.

Belə ki, qəzanın nəticəsində  xeyli sayda ticarət və ictimai-iaşə obyektlərində, çörək sexlərində və s müxtəlif  qəzalar, hətta yanğın baş verdi. Yəni bu hadisələrin baş verməsinin səbəbkarı  obyekt sahibləri deyildi, konkret olaraq Azenerjinin rəhbəri  Etibar Pirverdiyev kimi məsuliyyıtsiz məmurlar idi. Ki cənab Prezident onu da vəzifəsindən qovdu.

Bəs belə olan halda  Nəsimi Rayon Enerji Təchizatı  və Satış İdarəsinin nəzarətşiləri niyə  baş verən fəsadlara görə obyekt sahiblərindən xeyli miqdarda pul yığmağa başladılar. Axı  bir daha deyirik ki, bu məsələ ölkə səviyyəsində baş vermişdi, yəni obyekt sahiblərindən asılı məsələ deyildi. Bəs onda dəyən ziyanı niyə obyekt sahibləro ödəməli idi?

Bu məsələdə ziyan çəkənlərdən biri  də iş adamı  Südef Məcidov  ( 050- 309- 00- 54 )  bildirib ki, həmin məlum hadisədən sonra mənim çörək seximdə də lokal yanğın baş verdi, sayğac yandı  və  1 gün işıq olmadğı üçün obyektim  fəaliyyətsiz dayandı. Və mən buna görə xeyli ziyana düşdüm. Ziyan bir  kənara qalsın, Nəsimi RETSİ-nin 4  nəfər əməkdaşı  başda Elgün Məmmədov olmaqla mənim obyektimə gələrək hədə-qorxu gəldilər və guya qəza mənim günahımdan baş verib. Elgün mənə bildirdi ki,  məni rəisim göndərib ki, get akt tərtib elə və ver məhkəməyə. Mən ona bildirdim ki, axı  qəza mənim səbəbimdən baş verməyib və  mən xeyli ziyana düşmüşəm. Sonradan o öz  iş  yerinə  gedərək  qayıdıb gəldi  və  təklif etdi ki, mən akt tərtib etmirəm, cərimə-filan yazmıram, rəis deyib ki, 1500 manat pul al. Mən məbləğin çox olduğunu ona bildirdim. Onda o mənim yanımda  rəisi ilə telefonla danışdı və 1200  manata razı  oldular. Sonra  Elgün Məmmədov  çıxıb getdi  axşam gələrək  pulu alandan sonra sayğacın və digər lazım olan  avadanlıqlar üçün əlavə 300  manat alandan sonra mənim obyektimə elektrik enerjisi verildi.  Elgün  açıq şəkildə mənə  onu da dedi ki, bu məbləğin çoxu  başqalarına çatır. Mən işimin xatirinə  onunla  razılaşmağa məcbur oldum, ancaq bu haqsızlığa görə Elgünlə mənim aramda mübahisə baş verdi və o mənə dedi bunun əvəzini çıxacam.

Həmin vaxtdan xeyli keçəndən sonra, yəni konkret olaraq 28 sentyabr tarixdə Elgün öz qoçuları ilə gəlib obyektimdəki işığı kəsdilər və obyekt fəaliyyətini dayandırdı, bizə xeyli miqdarda ziyan dəydi. 

Axı, cənab Prezident İlham Əliyev   bütün məmurlara deyir ki, iş adamlarına şərait yaradın, mane olmayın. Bunlar isə kömək əvəzinə qanunsuz olaraq bizim işimizə mane olurlar. Axı obyektin işığını da kəsməyin qanuni, hüquqi yolları var. Bunlar isə özlərini qoçu kimi aparırlar. Həm də görəsən Elgün Məmmədov keçmiş icra başçısının oğlu olduğunu niyə tez-tez obyekt saiblərini gözünə soxur, özündən çox razı halda  iş adamlarını  dövlətdən narazı salır.

Südef Məcidov əməkdaşımıza onu da bildirib ki, 2017-ci ildə hər ay  enerji sərfinə görə, Elgün Məmmədov məndən 600-650 manat alsa da mənə 200-250 manatın çekini verib. Qalan pulu cibinə qoyub: “ Yuxarıda qeyd etdiyim kimi  Mingəçevir olayından sonra mən öz qanuni  haqqımı tələb etdiyim  üçün Elgün Məmmədov mənimlə mübahisə etdi və mənə dedi ki, bunu sənə bağışlamayacağam. Həmin gündən başlayaraq Elgün Məmmədov mənim obyektimin aylıq enerji sərfiyyatını 800-850 manata qaldırdı”.

Mən sahibkar kimi dövlət başçımız cənab İlham Əliyevə müraciət edirəm: “ Bir ayda obyektin enerji sərfiyyatı  200-250 manatdan 800-850 manata qədər necə arta bilər? Yəni 1 ayda guya mənim obyeektimin enerji sərfi təxminən 4 dəfə artıb. Bəlkə möcüzə baş verib?”

Bütün bunlar onu göstərir ki, illər uzunu   Nəsimi RETSİ-in əməkdaşı  obyektlərdən yığılan pulların 1 hissəsini dövlətə keçirib, 3 hissəsini isə cibinə qoyub. Əgər buna kiminsə şübhəsi varsa, əlimdəki çeklərlə sübut edə bilərəm. Yəqin ki  Nəsimi RETSİ-in sənədlərində də bu öz əksini tapıb.

Sahibkar onu da bildirdi ki, məsələ ilə bağlı Azərişıq-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət etsəm də o qurumun əməkdaşlarının tərəfini saxlayıb.

Bizə maraqlıdır ki, görəsən Azərişıq rəhbərliyini, konkret olaraq Nəsimi RETSİ-nin rəhbərliyinin Elgünün və onun himayədarının bu əməllərindən xəbəri varmı?

Varsa, niyə tədbir görmürlər?


Digər xəbərlər

0.28653001785278