Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 5-də 74,65 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,8 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 5-də 73,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 5-də 70,28 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 5-də 72,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.
-
“Nar” “Stevie” mükafatına layiq görüldü
...
-
“Azeri Light” bahalaşdı
...
-
“Azeri Light” 89 dollara satılır
...
-
“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək
...
-
Bakıda orta aylıq əməkhaqqı bu qədərdir
...
-
“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma
...
-
"Nar"dan yeni xidmət: NaviMax GPS izləmə imkanı
...
-
“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı
...
-
Neftimiz bahalaşmaqda davam edir
...
-
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub
...