Qüdrət Şükürovun əmlakı parlamentdə müzakirə olundu
Deputat Fəzail Ağamalı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürovun əmlaklarını satışa çıxarmasına münasibət bildirib.
Deputat F. Ağamalı parlamentdə büdcə müzakirələrində deyib ki, indi hansısa keçmiş məmurun hamamını satışa çıxarması barədə xəbərlər yayılır: “ Mən başa düşmürəm ki, onun bu əmlakını satışına çıxarmasına niyə icazə verilməlidir? Olmazdımı ki, həmin əmlaklar hərraca qoyulsun və əldə olunan gəlir dövlətin hesabına keçirilsin. Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axını baş verməsinin qarşısı alınsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.
O, həmçinin Milli Məclisin ezamiyyət xərclərinin çox aşağı olduğunu vurğulayıb: “Maliyyə xərclərinin az olmasına görə, ayrı- ayrı dövlətlərlə kifayət qədər problemlərimiz çıxıb. Bu vəsaitin artırılmasına ehtiyac var”.
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...