“İdman federasiyalarına daha çox vəsait ayrılmalıdır”

22:40 07-11-2018 | icon 2356
“İdman federasiyalarına daha çox vəsait ayrılmalıdır”

“Azərbaycanda fəaliyyət göstərən federasiyalardan bizə çoxlu müraciətlər daxil olur.  Həmin federasiyalar dövlət tərəfindən maliyyələşdirilməsini, həmçinin, ayrılan vəsaitlərin artırılması xahişi ilə çıxış edirlər. Çünki onlar Azərbaycanı həm də xaricdə təmsil edirlər, bu səbədən də, maliyyəyə, xüsusilə, xarici valyutaya ehtiyac duyurlar”

Bunu parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentin komitələrinin birgə iclasında deyib.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda, ümumiyyətlə, 81 idman federasiyası fəaliyyət göstərir:

 

“Onlardan 30-u olimpiya, 51-i isə qeyri-olimpiya yönümlüdür. Ona görə də hesab edirik ki, idman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait nəzərdə tutulmalıdır. Buna ciddi ehtiyac var”.


Digər xəbərlər

0.23114109039307