“İki gün şəhərdən iy getmədi” - Deputat
“Dövlətin lap imkanı varsa, hər 2-3 ildən bir şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil”
Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, bütün bu məlumatlara bizim düşmənlərimiz də baxır: “Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.
O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat pul tikinti işlərinə ayrılıb: “Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq. Bu yaxınlarda SOCAR-ın zavodundan kislota dağıldılmışdı. İki gün şəhərdən iy getmədi”.
Deputat həmçinin, Milli Məclisin deputatlarının maaşlarının artırılmasını da təklif edib: “Cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...