Azərbaycan-Bolqarıstan Müştərək Komissiyasının iclası keçirilib
Sofiyada Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda çıxış edən İnam Kərimov bildirib ki, prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi və sosial göstəriciləri ilə regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Kənd təsərrüfatı naziri deyib: “25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur”.
İnam Kərimov Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb.
Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə ikitərəfli görüşü keçirilib.
İclasda Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...