“Hələ işlərə başlasınlar, sonra baxarıq” - Samir Şərifov
Maliyyə naziri Samir Şərifov parlamentdə büdcə müzakirələrinin üçüncü günündə deputatların təkliflərinə cavab verib.
Onun sözlərinə görə, Gənclər Fonduna yeni səlahiyyətlərinin icra edilməsi üçün dövlət büdcəsindən əlavələr edilib: “Gənclər Fondunun büdcəsi 3 dəfə artırlıb. Hələ işlərə başlasınlar. Ondan sonra baxarıq. İdman federasiyalarına pul ayrılması ilə bağlı fikri dəyərləndirib cavab verəcəyik.
Burada bir çox istiqamətlərdə əməkhaqqının artırılması məsələsinə toxunuldu. Qeyd edim ki, cari ilin birincü rübündə dövlət büdcəsindən maliyyələşən təşkilatların maaşı 10 faiz artırıldı. Əmək haqqı üzrə qərarlarımız o qədər asan deyil. Bunların maliyyə təminatını həll etməliyik.
Milli Məclisin deputatları və aparatı ilə bağlı məsələyə hazırda reaksiya verə bilmərəm. Xaricdəki diplomatik nümayəndəliklərin əməkhaqqının artırılmasına gəlincə isə, növbəti ildə bu məsələ təhlil olunacaq. Xaricdəki inflyasiya məsələlərini nəzərdən keçirib bunu qiymətləndirəcəyik. Xarici İşlər Nazirliyində müvafiq qrup yaradılıb. Bu qrup işi araşdıracaq və təqdim olunacaq.
Uşaqların doğulması ilə bağlı müavinətin artırılması məsələsini təhlil etmək lazımdır. Biz Azərbaycanı Belarusla müqayisə etməməmliyik. Orada demoqrafik vəziyyət başqa cürdür. Prinsip etibarilə isə bu məsələyə baxıla bilər.
Ezamiyyə xərcləri normalarına baxılması da vaxtaşırı həyata keçirilir. Artıq Mili Məclisin İşlər İdarəsindən müvafiq dəqiqləşmələr nazirliyə daxil olub”.
Pensiyanın artırılması məsələsinə gəlincə isə, vergi sahəsində keçiriləcək islahat kölgədə olan əməkhaqlarının leqallaşmasına xidmət edəcək: “Sahibkarlar bunu bəyan etdikdə şübhəsiz ki, DSMF-yə vəsaitlər daha iri həcmlərdə ödəniləcək. Bu da imkan verəcək ki, pensiya artsın”.
Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S. Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır: “Ümumilikdə bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır. Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması üçün 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir. Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...