Mirkamilə nə olub? - Paylaşımları təəccübləndirir...
“Xalq ulduzu” müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov instaqramda qəribə paylaşımları ilə diqqət çəkir. Gənc ifaçı “mirkamilofficial” adlı hesabında müxtəlif mövzularda- “vor”ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.
Müğənni demək olar ki, səhifəsində yaradıcılığı ilə bağlı heç bir məlumat vermir. Hətta Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb. Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.
İlk dövrlərdə səhifəni Mirkamilin istifadə etmədiyi deyilsə də, müğənni hesabı özü idarə etdiyini, statusların ona məxsus olduğunu vurğulayır.
Bundan əlavə, ifaçı onun paylaşımlarını tənqid edənləri “söhbətə çağırır”, bəzən isə təhqir edir.
Mirkamil “777” və “Vaşaq” sözlərindən demək olar ki, hər statusunda istifadə edir, eyni fotoları dəfələrlə paylaşır. İstifadəçilər Mirkamildən dəfələrlə “777”in mənasını soruşub. O, bu rəqəmlərin doğum tarixi ilə bağlı olduğunu vurğulayıb- “07.07. 1986!”
M. Kamilovun 60 minə yaxın izləyiciləri sırasında xalası, xalq artisti Mələkxanım Əyyubova da var. Yəqin ki, o da bacısı oğlunun bu halından xəbərdardır. İstifadəçilər dəfələrlə xanəndənin adını paylaşımlara işarələyərək Mirkamilə kömək etməsini xahiş ediblər. Ancaq o, heç bir reaksiya verməyib.
“Qafqazinfo” mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlayaraq M. Kamilovun vəziyyəti barədə suallar ünvanlayıb. O, məsələdən yayınaraq “Üzrlü sayın, bu mövzuda danışmayacam” deyib.
Mirkamil isə zənglərə cavab verməyib.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...