Ötən ay media nədən yazıb?

22:48 07-11-2018 | icon 5724
Ötən ay media nədən yazıb?

MC&S-in media monitorinq qrupu  01-31 oktyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumların ilk beşliyini təqdim edirik.  

Mobil rabitə

Bakcell 1777

Azercell 1699

Azerfon 1512

Bank sektoru

ABB 1602

Kapital Bank 1012

Paşa Bank 696

Unibank 438

Bank Respublika 423

Sığorta sektoru

Azərsıgorta 273

İpəkyolu 168

Sənaye  160

PAŞA             149

Ata 136

Ali məktəblər

BDU 2654

ADA  1136

UNEC            1033

BANM 1031

ADU 875

Hotel

Landmark 140

Four Seasons 115

Hilton 103

Excelsior  86

Fairmont Baku 71

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.


Digər xəbərlər

0.26789999008179