Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.
Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezidentin tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.
Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verilib.
Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...