Əfsanəvi “Neftçi”də nələr dəyişib? - Video
Azərbaycanın ən köklü klubu olan “Neftçi”nin bir neçə ildir ki, iddialılar sırasından uzaq düşməsi, çempionatdakı rəqabətsizliyin əsas səbəblərindən biridir. Cari ildə isə komandada köklü dəyişikliklər baş verib.
Belə ki, prezidentindən tutmuş baş məşqçiyə qədər edilən dəyişikliklər komandanı yenidən çempionluq yarışına qaytarıb.
Bu mövsüm keçirilən “Qarabağ”la oyunlarda uduzmayan paytaxt təmsilçisi sonuncu Azərbaycan derbisində əzəli rəqibini 3 qolla məğlub edib
Komandada büdcənin artırılması, bir neçə keyfiyyətli futbolçunun cəlb edilməsi “ağ-qaralar”ın iddiasının əsas səbəbləridir.
Ayrıca qeyd etmək lazımdır ki, klub üçün yeni baza tikilir. Keçmiş İsmət Qayıbov adına stadion bundan sonra bakılıların bazası funksiyasını dəyişəcək. Burada 3 təbii örtüklü stadion, komanda üzvləri üçün otel və ofislər tikilir. Həmçinin “Neftçi” futbol akademiyasının uşaqları üçün baza da inşası planlaşdırılır.
“Qafqazinfo” əfsanəvi komandanın dirçəldiyi bir dövrdə futbolçuların məşqində olub, baş məşqçi və klub prezidenti ilə söhbətləşib.
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...