Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi - Fotolar

16:26 08-11-2018 | icon 3275
Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi - Fotolar

160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək. BNA-dan  daxil olan məlumata görə, marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki, oktyabrın 1-də sözügedən marşrut xəttinin avtobusu qatarla toqquşmuş, nəticədə 1-i şagird olmaqla 2 nəfər vəfat edib, 42 nəfər isə yaralanmışdı.

 




Digər xəbərlər

0.33160614967346