Səfər Mehdiyevlə Akif Əlizadə memorandum imzaladı - Fotolar
Noyabrın 8-də “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən imzalanma mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Komitə sədrinin müavinləri, AMEA Rəyasət Heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
İmzalanma mərasimindən öncə çıxış edən akademik Akif Əlizadə iki qurum arasındakı əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi işində yeni mərhələyə qədəm qoyulduğunu və imzalanacaq memorandumun Azərbaycanda elmin, gömrük işinin, fiskal siyasətin, ümumilikdə milli iqtisadiyatın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
DGK sədri ölkəmizdə və xaricdə fəaliyyət göstərən elm ocaqları ilə hər zaman səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb və AMEA ilə DGK arasında imzalanacaq memorandumdan sonra informasiya texnologiyaları, iqtisadiyyat və digər elm sahələrində, gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan tarixi və mədəni əşyaların tədqiq olunması, hər iki qurumun əməkdaşlarının elmi və təcrübi biliklərinin artırılması istiqamətində səmərəli fəaliyyətin təşkil ediləcəyinə əmin olduğunu bildirib.
Mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov “Gömrük xidməti: ictimai şəffaflıq, açıq tədqiqat resursları” adlı təqdimatla çıxış edib.
Daha sonra AMEA Rəyasət Heyətinin üzvləri İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Rasim Əliquliyev və İradə Hüseynova çıxış edərək qarşılıqlı əməkdaşlığın istiqamətləri və faydaları barədə rəy və təkliflərini bildiriblər.
Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və AMEA-nın prezidenti, akademik Akif Əlizadə imzalayıblar.
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...