Azərbaycan İndoneziyaya 50 min dollar yardım etdi
Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib. Yardımı qəbul edən məsul qurum Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi göstərilmiş humanitar dəstəyə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu, Azərbaycanın İndoneziyaya göstərdiyi ikinci belə humanitar yardımdır.
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...