Prezidentlə birinci xanım Pənahovanın vida mərasimi ilə bağlı tapşırıq verib
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib”.
Bu barədə Akademik Milli Dram Teatrında xalq artisti Amaliya Pənahova ilə vida mərasimində çıxışı zamanı mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, cəmiyyət tərəfindən verilən reaksiya sübut edir ki, teatr sənəti olduqca vacib bir sənətdir:
“Amaliya Pənahova bəlkə də əvəzolmaz bir şəxsiyyətdir. Dəyərli və unudulmaz bir qadındır. O, 73 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məndə olan məlumata görə, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının məşqlərinə müalicə aldığı xəstəxanadan çıxıb gələrək nəzarət edirdi. Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verdi və vida mərasiminin yüksək səviyyədə keçirilməsi barədə tapşırıqlar verdi. Allah ona rəhmət etsin”.
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...