Həbsdən çıxan Hacıyevanın yeni - Fotoları yayıldı

10:50 10-11-2018 | icon 3602
Həbsdən çıxan Hacıyevanın yeni - Fotoları yayıldı

Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.

Fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib. 

Xatırladaq ki, məhkəmə  Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb. Hakim onun zaminə buraxılmasına etiraz etmək üçün ciddi əsaslar olmadığını bildirmişdi. 

Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər. 

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. 
 

 

 



Digər xəbərlər

0.25164985656738