Xeyli sayda aksiz markasız spirtli içki aşkarlandı
Gömrükçülər tərəfindən Gəncə şəhəri istiqamətinə hərəkət edən "VAZ 21074" markalı avtomobildə aksiz markasız spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb.
Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.
Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd "Nemirovskaya", 12 ədəd "Nemiroff (Wheat)", 8 ədəd "Nemiroff (Birch)", 4 ədəd "Nemiroff (Honey Pepper)", 7 ədəd "Xlibniy Dar", 4 ədəd "Royal Park", 4 ədəd "Claymore", 4 ədəd "MacArthurs", 4 ədəd "Black Ram", 2 ədəd "King Robert", 2 ədəd "JoAN Barr", 2 ədəd "Heaven/Hill", 2 ədəd "Ballantines", 0.5 litrlik ölçülərdə 2 ədəd "Jagermeister", 7 ədəd "Nemiroff (original)", 200 ml litrlik ölçülərdə 6 ədəd "Black Ram", 6 ədəd "Red Label", 3 litrlik ölçülərdə 2 ədəd "Kindzmarauli", 5 litrlik ölçülərdə isə 2 ədəd "Kindzmarauli" adlı spirtli içkilər aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...