SOS: Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb - Fotolar

19:15 18-02-2017 | icon 2367
SOS: Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb - Fotolar
loading...

“Kəndimizin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Bunu isə rüşvətxor, harın vəzifəli şəxslər ediblər. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır”

Bu barədə həyəcan təbili çalan Göyçayın Mirzəhüseyinli kənd sakini Əliyev Rafiq Təvəkkül oğludur. Kənd sakini Politika.Az-a şikayət məktubunda vəziyyətin kritik olduğunu bildirib.

“Təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib. 50 nəfərə yaxın insan isə onkoloji xəstədir. Mal-qara tələf olur.

Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və mal-qaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edək. Hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısına, 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə və digər qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib.

Həmin əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kənd icra nümayəndəsi Hafiz Həsənov və bələdiyyə sədri Səyyaf Səmədov razılıq veriblər. Çünki bu adamlar bizim kənddə yaşamırlar, onlar bu arxın suyundan istifadə etmirlər”,-deyə sakinlər üsyan edir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədri Ərəbcəbirli kəndində yaşayırlar. Sakinlər Politika.Az-a bildirirlər ki, fevralın 23-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürdəmirdə qəbul keçirəcək:

“Mirzəhüseynli kənd sakinləri də nazir Hüseynqulu Bağırovun qəbulunda olacaq və bu acınacaqlı vəziyyət barədə ona şəxsən məlumat verəcəyik.

Kənd camaatının həyat və sağlamlıqları təhlükədədir. Ümüdümüz Allaha və vicdanlı şəxslərə qalıb. Xahiş edirik bizə kömək edin”.

Bundan əlavə, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun qanunsuz əməllərinə görə məhv olur.

Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq.

Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb və satıb talan edib.

Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edib. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırılıb, texnikalar əkin yerlərini qazıb taxılı məhv edib.

Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb
Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb
Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb
Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb
Məmurlar bu kəndə zəhər içirdir, 1 ildə 20 nəfər xərçəngdən ölüb


Digər xəbərlər

0.2739839553833