Şabranda vəzifəli şəxsin 14 yaşlı oğlu maşınla qızı vurub
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107” markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.
S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - Foto
...
-
Qohumunun evində çoxlu pul olduğunu dedi - Birgə oğurladılar
...
-
Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video
...
-
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
...
-
Daha bir tiktoker həbs olundu - DİN-dən açıqlama
...
-
“Forbes”ə görə Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında
...
-
Azərbaycanda qadın casusluğa görə həbs edilib
...
-
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN
...
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...