Milli Məclisin 3 iclasında 11 məsələ müzakirə olunacaq

14:14 13-11-2018 | icon 3149
Milli Məclisin 3 iclasında 11 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclaslarının, 3 günlük müzakirələrinin gündəliyi açıqlanıb.

Noyabrın 13, 14 və 15-i tarixlərində keçiriləcək plenar iclasların gündəliyi 11 məsələdən ibarətdir.

3 günlük müzakirələrdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, deputatların statusu, etik davranış qaydaları, MM-in Daxili Nizamnaməsi, həmçinin, notariatla bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri ( sonuncular 2-ci oxunuşlarda) nəzərdən keçiriləcək.

Qeyd edək ki, ilk iclas artıq başlayıb. İclasda hökumət üzvləri və baş nazir Novruz Məmmədov iştirak edir.

 


Digər xəbərlər

0.29711294174194