Lənkərana gedən turistlərin sayı artıb - Yeni yoldan sonra
"Bir müddət əvvəl prezident İlham Əliyev Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun açılışını edib. Sözügedən yolun istifadəyə verilməsi Azərbaycanın cənub bölgəsində turizmin dirçəlməsi ilə nəticələnib".
Bu barədə “Qafqazinfo”ya cənubun ən böyük otel kompleksi olan “Xəzər palace”nin baş meneceri Janna Pronkina məlumat verib.
J. Pronkina qeyd edib ki, yeni yol yerli və xarici turistlərin Lənkərana axınına təkan verib: “Adətən otelimizə qonaqlar yay fəslində gəlir. Ancaq bu dəfə fərqli oldu. Qış fəslinin yaxınlaşmağına baxmayaraq cümə, şənbə və bazar günləri turistlərin axını daha çox olur. Düzdür, xarici turistlərin sayı indi azdır. Daha çox qonaqlarımız azərbaycanlıdır və Bakıdan gəlirlər.
Keçən ilə nisbətən digər rayonlardan gələn qonaqlarımızın sayında da artım var. İran, Rusiya və Avropadan olan turistlərimiz çoxalıb. Onlar arasında faiz etibarı ilə İrandan gələnlər daha çoxdur. Çünki İran Lənkərana gəlmək daha rahatdır. Təxminən yeni yolun açılışından sonra turist axını bir neçə dəfə artıb”.
Qeyd edək ki, “Xəzər Palace” otel kompleksinin açılışında prezident İlham Əliyev iştirak edib.
Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. 39 nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Aşağı Nüvədi kəndində yerləşən turizm obyektində restoran, açıq və qapalı hovuz, sauna, fitness mərkəzi, pulsuz avtomobil danayanacağı təklif edilir. Bundan əlavə, hotellə yanaşı 8 kottec də vətəndaşların ixtiyarındadır.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...