“Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram”
“Oyunlara yaxşı hazırlaşmışıq. Qrupdan çıxacağımıza inanırıq”.
Bu sözləri Kosovo millisinin üzvü Vedat Muriçi yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Türkiyənin “Rizəspor” klubunun hücumçusu Millətlər Liqasında bir neçə gündən sonra Malta və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan danışıb. 24 yaşlı futbolçu qrupdan çıxmaq məsələsini Malta ilə görüşdə həll edəcəklərinə inandığını bildirib:
“Maltada pley-off mərhələsinə vəsiqə qazana biləcəyimizə və vətənə qayıtdıqdan sonra isə Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram. Yaxşı oynamaq daha vacibdir. Düzdür, mən hücumçuyam, qol vurmaq işimdir. Amma komanda şəklində oynayıb, qalib gəlməliyik. Qolları kimin vurmasının önəmi yoxdur”.
Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi ayın 20-də yığmamızı qəbul edəcək.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...