Arif Qasımov məktəblilərlə görüş keçirib
Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.
Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad edilib.
Görüşdə İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən danışan A.Qasımov qeyd edib ki, turun keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir
İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə məruzə edib
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində reallaşdırılan maarifləndirici tur-aksiyaların şagirdlər üçün ölkənin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, nailiyyətləri ilə yaxından tanış olmaları üçün gözəl fürsət olduğunu söyləyib.
Görüşü yekunlaşdıran A.Qasımov bu tur-aksiyanın dövlətin gənclərə göstərdiyi qayğının növbəti təzahürü olduğunu vurğulayaraq, belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib və tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb.
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...