Deputat bahalaşmaya etiraz etdi  

23:34 13-11-2018 | icon 3024
Deputat bahalaşmaya etiraz etdi
 

Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb. 

O, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn  il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub: “Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xəttlə mütənasib deyil”.

Deputat həmçinin Vergilər Məcəlləsinə  təklif edilən dəyişikliyi müsbət dəyərləndirib: “Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.

Azərbaycanın xarici dövlət borcu məsələsinə də toxunan V. Əhmədov vurğulayıb ki, adambaşına xarici dövlət borcu  1000 dollar təşkil edir: “Bu da ÜDM-nin 22 faizini təşkil edir, yəni, 9,6 milyard manat deməkdir.  Amma bunun büdcə hesabına ödənməsi düzgün deyil. Bu borcu hansı qurum alıbsa, özü də qaytarmalıdır”.


Digər xəbərlər

0.27672600746155