Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı

10:10 14-11-2018 | icon 2775
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı

Avtomobildə gömrük orqanlarından gizlədilmiş külli miqdarda dərman vasitələri aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan xəbərə görə, Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər

0.25751709938049