Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi

15:50 15-11-2018 | icon 2573
Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi

Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb. Buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi  olub:

“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə hardadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.

Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.

Mübahisəyə müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbirli olmağa çağırıb: “Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.


Digər xəbərlər

0.27115797996521