Azərbaycan prezidenti Mahmud Abbası təbrik etdi

15:53 15-11-2018 | icon 2031
Azərbaycan prezidenti Mahmud Abbası təbrik etdi

Prezident İlham Əliyev fələstinli həmkarı Mahmud Abbasa təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.


Digər xəbərlər

0.24421787261963