“Deputatsansa, öz yerinə səs verməlisən” - Çingiz Qənizadə
Bunu deputat Çingiz Qənizadə parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə deputatların əgər ayrı işləri varsa, gedib, birdəfəlik onunla məşğul olsunlar: “ Günün ikinci yarısında iclasların davam etdirilməsi məsələsi tamamilə doğrudur və qaydalara uyğun olduğu üçün də mən bunu dəstəkləyirəm. Həçminin hesab edirəm ki, deputatların əvəzinə, Milli Məclis əməkdaşlarının, texniki işçilərin səsverməsi, düyməni basması yaxşı hal deyil. Jurnalistlər də burdadır, istəmirəm ki, dediklərim başqa səmtə yozulsun. Amma bu məsələ Milli Məclisə, bizim fəaliyyətə kölgə salır. Deputatsansa, axıracan iştirak etməlisən və öz yerinə də səs verməlisən”.
Deputat İlham Əliyev isə həmkarı ilə razılaşmayıb: “Günün ikinci yarısında iclasda iştirak edib-etməmək deputatın öz işidir. Buna kimsə qarışa bilməz. Hər bir deputat yalnız özünə cavabdehdir”.
Spiker Oqtay Əsədov isə ikinci hisssədə deputatların parlamentdə iştirak məsələsinə belə reaksiya verib: “Çox vaxt birinci hissədə iştirak edən deputatların 30 faizini ikinci hissədə iştirak etmir. Ona görə də yəqin bunun forması həm də ikinci hissəyə başlamadan əvvəl təkrar deputatların qeydiyyatdan keçməsi ola bilər”.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...