Azərbaycanda yeni ekoloji həll yolları təqdim olunub
Gündəlik tullantı emissiyaları müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun təkrar emalı bir çox müəssisələr üçün zəhmət və yüksək sərmaye tələb edən bir prosesdir. Bu prosesə yanlış yanaşma və ya aşağı səmərəlilik, müəssisələri ciddi ekoloji və nüfuz risklərinə məruz qoya bilər. Bu baxımdan, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir.
Təbii enerji mənbələrinin bu növlərlə əvəz edilməsi ətraf mühitin mühafizəsinə dair bir neçə funksiyanı həll etməyə imkan verir: ətraf ərazilərin, hava, su hövzələri və torpağı çirkləndirən tullantıların təhlükəsiz şəkildə utilizasiyası, eləcə də bərpa olunmayan təbii ehtiyatların saxlanması. Hər kəs Holcim-i yüksək keyfiyyətli sement istehsal edən Qaradağ sement zavodu kimi tanıyır, lakin Holcim zavodunun bu cür xüsusi texnologiyalara malik olduğunu çox az adam bilir. Artıq yararsız təkərlərlə ilk uğurlu sınaqlar həyata keçirilib və digər materiallarla genişmiqyaslı testlər üçün hazırlıqlar aparılır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən "Caspian Ecology Exhibition" sərgisində dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunmuşdur.
Dünya bazarında 100 illik təcrübəyə malik olan Holcim, təkcə təkrar emal üçün həllər deyil, həm də neft və neft məhsulları ilə çirklənmiş torpağın toksinlərdən inertizasiyası üçün innovativ yanaşmalar təklif edir. Sement əsasında hazırlanmış Inercem məhsulu buna ən parlaq nümunədir. Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...