Dövlət Bayrağının təsviri təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.
Konstitusiya Qanununa əsasən Azərbaycan Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.
Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri var. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.
Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...