“Qəbələ”nin məşqçisi qəzada həlak oldu  

16:16 15-11-2018 | icon 3590
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu
 

“Qəbələ” futbol akademiyasının məşqçisi Teymur Musayev vəfat edib. 

O, avtomobil qəzasında həlak olub.

Məlumata görə T. Musayev ötən gecə Qəbələ şəhərində dostunun maşını ilə qəzaya düşüb. 

 

FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 


Digər xəbərlər

0.24886703491211