Milli Məclisin İntizam Komissiyasının tərkibi 11-ə çatdırılacaq

16:29 15-11-2018 | icon 3176
Milli Məclisin İntizam Komissiyasının tərkibi 11-ə çatdırılacaq

İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə  baxılıb. Komissiyanın tərkibinin 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib.

Bunu parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklikləri qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı məlumat verib.

O, millət vəkillərinin iclaslarda  ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub:

“Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.


Digər xəbərlər

0.30948114395142