İspaniyada Abel Məhərrəmovla olan deputatlar danışdı
Bunu açıqlamasında deputat Cavanşir Paşazadə Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılmasına münasibət bildirərkən deyib. C. Paşazadə vurğulayıb ki, prezident kimi nə vaxt istəsə, işdən çıxarda bilər: “Bunun kiminsə kimləsə münasibəti ilə əlaqələndirmək heç də düzgün deyil. Çıxarılan adamın dalınca çox sözlər deyiləcək”.
A.Məhərrəmovun restoranda məhz onunla dava etməsi məsələsinə gəlincə isə, C. Paşazadə vurğulayıb ki, bu, yalan söhbətdir: “Məhərrəmov nə üçün mənlə dava etməlidir? Mən uşağam, ya o uşaqdır ki, bir- birimizlə dava edək? Bizim bölüşəcəyimiz bir şeyimiz yoxdur”.
Deputat Siyavuş Novruzov isə “Qafqazinfo”ya açıqlamasında məsələdən xəbərdar olmadığını vurğulayıb.
Qeyd edək ki, sözügedən konfransda Milli Məclisin dörd deputatı iştirak edib. Onlar Çingiz Qənizadə, Cavanşir Paşazadə, Hikmət Babaoğlu və Siyavuş Novruzovdur.
Bu arada bildirək ki, sözügedən beynəlxalq konfrans 7 gün davam edib. Səfərin ilk günündən sonuna kimi QMİ sədri Allahşükür Paşazadəni Abel Məhərrəmov, deputat Siyavuş Novruzov və Hikmət Babaoğlu müşayiət edib.
Səfərin beşinci günündən isə konfransa deputatlar Çingiz Qənizadə və Cavanşir Paşazadə qatılıb. Abel Məhərrəmovla bağlı hadisələrin isə məhz ilk günlərdə baş verdiyi iddia olunur. (“Qafqazinfo”)
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...