Prezident sədr müavini ilə bağlı sərəncam imzaladı

20:30 15-11-2018 | icon 3569
Prezident sədr müavini ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilib.

Qeyd edək ki, Ə. Qocayev “Azəravtoyol” ASC sədrinin birinci müavini postuna rəhbərlik edir.


Digər xəbərlər

0.28349304199219