Prezident Təşkilat Komitəsi yaratdı - Əli Həsənov sədr oldu
Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Əli Həsənov - Baş nazirin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov - Daxili işlər naziri
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov - Xarici işlər naziri
Samir Şərifov - Maliyyə naziri
Oqtay Şirəliyev - Səhiyyə naziri
Fikrət Məmmədov - Ədliyyə naziri
Ceyhun Bayramov - Təhsil naziri
Azad Rəhimov - Gənclər və idman naziri
Əbülfəs Qarayev - Mədəniyyət naziri
Zakir Qaralov - Baş prokuror
Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov - Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı
Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni - Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.
Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...