Gömrük postunda Ermənistana aid xəritələr saxlanılıb
Jurnalistlər Mazımçay gömrük postundakı vəziyyətlə tanış olublar.
Onlar sözügedən postun müvəqqəti saxlanc anbarına da baş çəkiblər. Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb. Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin oradan "Armenia" adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır.
Həmçinin qeyd edək ki, Dövlət Gömrük Komitəsi dövlət sərhəddini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Bukletlərin üzərində ölkəyə idxal olunan mallar 4 növə ayrılır. Birinci qrupa ölkəyə güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməsi zəruri olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və 4-cü qrupa isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir.
Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir.
Bukletlərin elektron variantları da mövcuddur. Vətəndaşlar bunu xüsusi kabinələrin üzərində yerləşdirilən QR kod vasitəsilə Gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər.
Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abbasov deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır:
"Bu hələ pilot layihədir. Dediyim kimi, xüsusi köşklər hazırlanır. Orada həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə üzərində sonuncu işlər gedir və tezliklə icrasına başlanılacaq".
Günel Türksoy
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...