Türkmənistan prezidenti Əliyevin Aşqabad səfəri ilə bağlı tapşırıq verdi
Azərbaycan prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gedəcək.
Səfərə hazırlıq barədə hökumətin iclasında Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Mərədov məlumat verib.
Türkmənistanın Dövlət İnformasiya Agentliyi bildirir ki, danışıqların yekununda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənədlərin imzalanacağı gözlənilir.
Prezident Qurbanqulu Berdıməhəmmədov qeyd edib ki, dostluq əlaqələri yeni mərhələyə qədəm basmış Türkmənistan və Azərbaycanın əməkdaşlıq üçün böyük perspektivləri var.
Q.Berdıməhəmmədov qarşıdan gələn görüşün iki ölkənin münasibətlərində yeni mərhələ açacağına əmin olduğunu bəyan edərək, Rəşid Mərədova Azərbaycan Prezidentini qarşılamaq üçün hazırlıq işlərini yüksək səviyyədə qurmağı tapşırıb.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...