Rəis qızını cərimələyən polisi mükafatlandırdı

16:51 18-11-2018 | icon 2789
Rəis qızını cərimələyən polisi mükafatlandırdı

Türkiyədə Təkirdağ şəhərində maraqlı hadisə yaşanıb.

Yol polisinin rəisi Mustafa Aydın onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb. 

Belə ki, yol polisi əməkdaşı sükan arxasında mobil telefonla danışan Gizem Aydını saxlayaraq ona cərimə yazıb.
 
Hadisədən xəbər tutan M. Aydın qızını cərimələyən polis məmurunu təltif edib.

O, açıqlamasında “İlk növbədə biz yol hərəkəti qaydalarına əməl etməli, daha sonra bunu vətəndaşlardan tələb etməliyik. Qızımı cərimələyən əməkdaşı təltif etdim. O, öz işini yerinə yetirib” deyə bildirib.


Digər xəbərlər

0.38432788848877