Az qala daha bir faciə olacaqdı... - İki qurumdan bir-birinə ittiham
Bakı Nəqliyyat Agentliyi 160 nömrəli avtobusla bağlı sosial şəbəkələrdə yayılan video görüntülərə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Masil Ağayevin sözlərinə görə, məsələ nəzarətə götürülüb və ciddi araşdırılıb. Aydın olub ki, sürücü Nicat Mahmudov dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və işıqfor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb:
“Təqdim edilən video görüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun başının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovagörüntülərlə bağlı “Qafqazinfo”ya açıqlamasında hər hansı bir gecikmənin olmadığını, şlaqbaumun vaxtında bağlandığını bildirib:
“Qatar gələn zaman işıqforun qırmızı işığı yanıb sönür. Bu, xəbərdarlıqdır ki, şlaqbaum bağlanacaq artıq. Və ardından bir neçə saniyə sonra isə şlaqbaum bağlanır. Bizim əməkdaşlarımız həmin ərazidə olub test çəkiliş ediblər. Videodan da aydın olur ki, heç bir sürücü bu xəbərdarlığa məhəl qoymur. Noyabrın 17-də yaşanan hadisə də bu cür olub. Sürücü həyəcan siqnalına baxmayaraq tələsik keçmək istəyib və bu zaman şlaqbaum avtomatik bağlanıb. Nəticədə şlaqbaun avtobusun üzərinə düşüb. Burada hər hansı bir gecikmə halı yoxdur”.(qafqazinfo)
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...