Sağlamlıq hər bir insan üçün  önəmlidir

15:49 19-11-2018 | icon 4461
Sağlamlıq hər bir insan üçün  önəmlidir

Sağlamlıq hər bir insan üçün önəmlidir.
Hippokratdan üzü bu yana həkimlər insan sağlamlığını qorumaq üçün bir çox reseptlər, müalicə üsulları və s. tapmağa çalışmışlar. Unutmayaq ki, insan da təbiətin bir üzvü, bir hissəsidir. Zaman keçdikcə elm və texnikanın inkişafına, hətta kosmosa çıxmanın mümkünlüyünə baxmayaraq, ana təbiətdən uzaqlaşan insan əslində öz problemlərini də artırmış oldu. Xəstəliklərin 90 faizinin xroniki hal aldığı, xəstəliklər nəticəsində əhali ölümünün 80 faizə çatdığı və statistikanın göstərdiyi digər arzuolunmaz göstəricilər də insan sağlamlığı riskinin artdığını sübut edir. Hər il inkişaf etmiş ölkələrdə ürək – damar və digər xroniki xəstəliklərdən milyonlarla orta yaşlı insan həyatını itirir. Bu növ xəstəliklərin vüsət alması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi narahatlığa səbəb olur; onlar, həmçinin, ailə büdcəsi və səhiyyə sistemi üçün ağır yükdür. Buna görə də tarix boyu təbiətə, fərqi yoxdur, məqsədli, ya bilməyərəkdən ziyan vuran bəşər övladı təbiətin bir hissəsi olan insan nəslini qoruyub saxlamaqdan ötrü ən müxtəlif müalicə üsullarına əl atmaqdadır. Bizim də məqsədimiz məhz belə müalicələrdən biri haqqında informasiyanı sizə çatdırmaqdır. Aşağıdakı məlumat praktik, effektli, sadə və rahat bir müalicə üsulu barədədir. Müalicə metodu kimi Bioloji Təbabət ilk dəfə 1800-cü ildən İngiltərədə, 1848-ci ildən Almaniyada, 1993-cü ildən Rusiyada, 1995-ci ildən Ukraynada tətbiq olunmuşdur. Sevindirici haldır ki, 2001-ci ildən Azərbaycanda da tətbiq olunmağa başlanmışdır. 2009-cu ilin fevralından paytaxtımızda Biloloji Təbabət klinikası fəaliyyətə başlamışdır. Klinikada ən müasir avadanlıqlarla təchiz edilmiş funksional diaqnostika, müayinələrin dəqiq aparıldığı laborator diaqnostika şöbələri fəaliyyət göstərir. Bioloji Təbabət orqanizmin özünübərpa və özünümüdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və xəstəliyi yaradan səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicədir. Yaşadığımız həyat tərzi, stress, ətraf mühit, qidalanma və s. sağlamlığa təsir edən amillərdir. Tibb dili ilə desək, homotoksinlər həyat üçün çox təhlükəlidir. Homotoksinlər deyərkən ətraf mühitin zərərli amilləri, kimyəvi, sintetik dərmanlar, stress, zərərli qida məhsulları, viruslar, bakteriyalar, zərərli vərdişlər və s. nəzərdə tutulur. Ayrıca qeyd etmək istərdik ki, əhali arasında müxtəlif dərmanlara meyllilik, həddən artıq aludə olmaq indi “dəb”dədir. Xəstənin fərdi xüsusiyyətlərini nəzərə alan, xəstəliyi deyil, xəstəni müalicə edən, orqanizmin pozulmuş fizioloji funksiyalarını bərpa etməyə yönələn Bioloji Təbabət digər müalicə metodlarından ciddi surətdə fərqlənir. Bioloji Təbabət elminin 6 prinsipi vardır:
1.Zərər vermə!
Bioloji Təbabət yalnız təhlükəsiz və effektiv müalicə metodlarından
istifadə edir.
2. Təbiətin müalicə gücü
3. Mövcud olan simptomları deyil, xəstəliyin səbəbini müəyyən edib, səbəbi müalicə etmək
4. Bütöv orqanizmin müalicəsi
5. Həkim müəllimdir
6. Profilaktika müalicədən daha yaxşıdır

Bioloji Təbabət klinikasında müxtəlif elmi-praktik seminarlar, forum və mühazirələr keçirilir. Respublikamızın müxtəlif rayon və şəhərlərindən gəlmiş çoxlu sayda həkim klinikada təşkil edilmiş seminarlarda iştirak etmişdir. Almaniyalı mütəxəssislər tək Bakıda deyil, digər bölgələrdə də seminarlar təşkil edir, mühazirələr oxuyur. Xaricdən dəvət əsasında gəlib Bakıda, digər bölgələrimizdə Bioloji təbabətin sirlərini, yeniliklərini tədris və təbliğ edən alman mütəxəssislərindən professor G. Rays-ı, dosent İ.Bandlov-u, isveçrəli prof.Tomas Rau-nu və başqalarını göstərmək olar.
Xəstələr həkim məsləhətlərindən faydalana bilirlər. Bioloji Təbabətə müraciət edənlər üçün müəyyən güzəştlər də nəzərdə tutulur. Bayram günlərində, xüsusilə də Ramazan bayramında xəstələrə pulsuz tibbi xidmət göstərilir. Kliniki, bakterioloji, biokimyəvi və s. analizlər aparılır. Keyfiyyətli USM və rentgen aparatı vardır. Müayinələrdən və düzgün diaqnozdan sonra Bioloji Təbabətlə müalicə başlayır. Klinikada ən müxtəlif xəstəliklər, o cümlədən, hormonal asılılıq, bronxial astma, psoriaz, artroz, miqren, trofik xora, qeyri-spesifik xoralı kolit, qırmızı qurdeşənəyi, revmatoid artrit, uşaqlığın mioması müvəffəqiyyətlə müalicə olunur. Müvəffəqiyyətin səbəblərindən biri də burada Almaniyada təşkil olunan Beynəlxalq Homotoksikologiya kurslarını bitirmiş yüksək kvalifikasiyalı həkimlərin çalışmasıdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslı həkimlər çalışır. Terapevt, nevroloq, kardioloq, endokrinoloq, allerqoloq, LOR həkimi, pediatr, ginekoloq, nutrisioloq, dermatoloq, oftalmoloq, cərrah, stomatoloq, kosmetoloq və digər mütəxəssislər öz işlərinin öhdəsindən bacarıqla gəlirlər. Almaniya və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə çox böyük uğurlara imza atmışlar.
Bioloji Təbabət AFGEN Genetik laboratoriyası ilə əməkdaşlıq edir.
Bioloji Təbabətlə müalicəyə artıq bütün dünyada, o cümlədən Azərbaycanda da üstünlük verilir. Bioloji təbabət klassik təbabətdən fərqlənir. Bioloji təbabət özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edir, xəstəliyin səbəbini aradan qaldırır; xəstəliyi deyil, xəstəni müalicə edir. Bioloji Təbabətdə istifadə olunan dərman preparatları Almaniyada istehsal olunur: təbii tərkiblidir, onların dozası insan orqanizmini idarə edən bioloji aktiv maddələrin miqdarındadır. Buna görə də bu preparatlar təhlükəsizdir, əlavə təsirləri yoxdur, müalicə zamanı digər orqanlar, toxumalar zədələnmir. Təbiətin gücündən qaynaqlanan Bioloji Təbabət həkimləri lazım gəldikdə klassik təbabətlə birgə ən müxtəlif xəstəlikləri müalicə edə bilir. Antibiotiklər, hormonal və digər dərmanların dozaları azaldılıb zərərsizləşdirilir.
Son onillikdə dünya səhiyyəsində Bioloji Təbabət geniş vüsət almışdır. Dünyanın 60-dan çox ölkəsində bu üsuldan uğurla istifadə olunur.
Bioloji təbabətin üstünlüklərinin nəzərə alındığı Rusiyada 1994-cü ildən ali məktəblərdə elmi əsaslarla tədris olunur. İsveçrədə, Avstriyada bu sahə üzrə ixtisaslaşmış xəstəxanalar vardır.
Bioloji Təbabət klinikasının həmin xəstəxanalar ilə də əlaqəsi vardır. 2005-ci ildə Almaniyada 56 ölkə nümayəndələrinin iştirak etdiyi 6 günlük beynəlxalq seminar keçirilmişdir. ABŞ, Kanada, İngiltərə, Fransa, MDB ölkələrindən Rusiya və Gürcüstanın da iştirak etdiyi mötəbər seminarda klinikanın bir neçə həkimi iştirak etmişdir. Klinikada istifadə olunan müasir avadanlıqlar Almaniyadan gətirilmişdir. Bakıdakı Bioloji Təbabət klinikasının təşkili və fəaliyyətindən alman həmkarlar razılıq edirlər. Paytaxtın ən müxtəlif tibb müəssisələri ilə qarşılıqlı əlaqə yaratmış klinikanın işi təqdirə layiqdir.
Nailiyyətlərin qazanılmasında klinikaya rəhbərlik edən Elxan Yaqubovun böyük zəhməti və rolu olmuşdur.
Bioloji təbabəti ənənəvi, xalq təbabəti ilə eyniləşdirmək düz deyil. Baden- Baden-dəki zavodda avtomatlaşdırılmış, robotlaşdırılmış istehsal sayəsində müxtəlif mineral maddələrdən, viruslardan, bakteriyalardan, canlı toxumalardan yüksək texnoloji prinsiplərə əsaslanan biopreparatlar hazırlanır.
Bioloji müalicə üsullarında törədicinin özündən istifadə etməklə orqanizmin xəstəliyə qarşı immuniteti yaradılır. Tərkibində bir çox komponentləri olan dərmanların farmakoloji təsir dairəsi çox genişdir.
Paytaxtımızdakı Bioloji Təbabət klinikası Elmi Tibbi Mərkəz kimi nəzərdə tutulur. Burada elmi şöbə fəaliyyət göstərir. Klinikanın Göyçayda, Sumqayıtda, Masallıda filialları vardır. Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran zonasında filialların açılması nəzərdə tutulur.
Bioloji Təbabətin əsas məqsədi xalqın sağlamlığı keşiyində durmaq, insanları sağlam həyat tərzinə alışdırmaq, heç bir cərrahi əməliyyata yol vermədən orqanların qorunmasını, onların özünüdafiəsini təşkil etməklə insan həyatını dəyərli etməkdən ibarətdir.
Qeyd edək ki, uşaq orqanizmi zərif, inkişafda olduğu üçün onlarda biotənzimləyici terapiya daha effektli olur. Klinikada çalışan pediatrlar öz balaca pasiyentlərini müvəffəqiyyətlə müalicə edə bilir. Bioloji Təbabət klinikasına müraciət edən xəstələr əslində burada həm də mənəvi bir dəstək almış olurlar. Tam sağalma ən çox insanın özündən asılı olur. Sağlam həyat tərzi, özünə inam, düzgün qidalanma, təbiətlə daha çox təmas və s. amillər əsas meyara çevrilməlidir. Bu gün dünyanın 70 dövlətinin müraciət etdiyi müasir müalicə metodunun Azərbaycanda tətbiqinə başlanması səhiyyəmizin tarixində yeni bir səhifə açır. Bioloji Təbabət klinikası öz fəaliyyəti ilə bu səhifəyə start verə bilmişdir. İrəlidə görüləcək çox işlər vardır. Səhiyyə ilə bağlı ali təhsil ocaqlarında Bioloji təbabətin elmi əsaslarla tədrisi, fikrimizcə, ölkəmiz və xalqımız üçün daha məqsədəuyğun ola bilərdi. İnsan həyatını, onun sağlamlığını qorumaq kimi çox çətin, gərgin, əziyyətli bir yolda çalışan klinikanın bütün həkim kollektivinə ilk növbədə cansağlığı, işlərində uğurlar arzu edirik.

 


Digər xəbərlər

0.24536681175232